T. Balayan: “Məmmədyarovun sözləri göstərir ki, DQ nizamlanma məsələsində Azərbaycanın siyasəti uğursuz olub”
Azərbaycan Xİ naziri Elmar Məmmədyarovun söləri göstəriri ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsində Azərbaycanın siyasətinin uğursuz olduğunu gizlətməyin heç bir menası yoxdur. Bu barədə Ermənistan Xİ nazirinin spikeri Tigran Balayan Məmmədyarovun İslam əməkdaşlıq təşkilatında Azərbaycanı dəstəkləyən ölkələr digər teşkilatlarda da eyni etməlidir sözlərinə toxunaraq bəyan edib.
“Bağlı qapılar arxasında Qarabağ müstəqilliyini tanımaq üçün həyata keçirilmiş təzyiqlər barədə Azərbaycan Prezidentinin etirafından sonra dünən Azərbaycan Xİ naziri tərəfindən reallığın təsdiqi aydın şəkildə göstərir ki, artıq Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsində Azərbaycan siyasətinin uğursuz olduğunu gizlətməyin mənası yoxdur”- deyə öz Twitter səhifəsində Tigran Balayan yazıb.
Qeyd edək ki, Məmmədyarov bəyan edib ki, İslam əməkdaşlıq təşkilatının və onun fəaliyyətini həmrəylik və qətnamələrin həyata keçirilməsi əsasında qurmaq lazımdır.
“Məsələn, İƏT-də Azərbaycanın lehinə sənəd qəbul edən bəzi ölkələr bəzən başqa təşkilatlarda eyni məsələ ilə bağlı bitərəf qalırlar. Biz həmrəy olmalıyıq”- deyə Məmmədyarov bildirərək qeyd edib ki, may ayında təşkilatın üzv ölkələrinin Xİ nazirlərinin konfransı keçiriləcək.