Beynəlxalq

Giovani Davoli: “ATƏT-ə sədrlik edən İtaliya DQ məsələsinin siyasi və danışıqlar yolu ilə həll etmək istəyir”

2018-ci ildə ATƏT-ə sədrlik edən İtaliya Dağlıq Qarabağ probleminin sabit və danışıqlar yolu ilə həlli məqsədiylə münaqişəsi tərəflərinə kömək etmək üçün heç bir şansı qaçırmayacaq. Bu barədə “Armenpres”-ə verilmiş müstəsna müsahibəsində ATƏT-də İtaliya sədrliyinin mətbuat katribi Giovani Davoli qeyd edib. “Minsk qrupunuhn həmsədrlərinin mərkəzləşdirilmiş öhdəliyi sayyəsində böhranın həll elementləri artıq danışıqlar masası üzərindədir.

Nəticə olaraq, indiyədək alınmış yanaşmaya tam dəstək veririk. Tərəflər ən yüksək siyasi səviyyədə iki president arasında birbaşa dialoq şəkildə cəlb ediləndə, biz müsbət inkişaflara şahid olmuşuq.Bu baxımdan yaxşı anlayaraq ki, tərəflər arasında siyasi iradənin olması Dağlıq Qarabağ sülh prosesinin əsas amilidir, biz ən yüksək səviyyədə gələcək dialoqları dəstəkləyirik”- deyə Giovanni Davoli bildirib.

Onun sözlərincə, ATƏT-də İtaliya sədrliyi Dağlıq Qarabağ münaqişəsinə siyasi, danışıqlar və davamlı həlli nail olmaq istəyir. “Münaqişə tərəflərinin Madrid prinsipləri və Helsinki Yekun Aktına uyğun olaraq razılıq əldə etməsinə kömək etmək üçün heç bir şansı qaçırmayacağıq”- deyə Giovanni Davoli qeyd edib.

Daha çox göstər
Back to top button