Ekonomika

Ciovani Davoli: Ermənistan regionda İtaliya üçün etibarlı tərəfdaşdır

Bu haqda “Armenpress”-ə verilən eksklüziv müsahibəsində ATƏT-də İtaliya sədrliyinin mətbuat katibi Ciovani Davoli bildirib.

“Ermənistanla tarixi və mədəni əlaqələrə əsaslanan ikitərəli parlaq münasibətlərimiz var. Biz Ermənistanı həm siyasi, həm də iqtisadi səviyyəsində yaxın dost və regionda etibarlı tərəfdaş kimi qəbul edirik. Bizim  münasibətlərimizin intensivliyi 2017-ci ildə təşkil edilmiş çox önəmli təşəbbüslərdə göründü. Məsələn keçən il iyun ayında Roma şəhərində erməni-italyan hökumətlərarası komissiyasının ilk iclasının keçirilməsi”,-deyə Ciovani Davoli qeyd etdi.

İqtisadi əlaqələrə gəlincə isə, iki ölkə iqtisadiyyatları arasında əməkdaşlığın bir çox elementləri var. “Düşünürük ki, əməkdaşlığımızın xüsusilə sənaye və ikitərəfli ticarət sahələrində genişləndirilməsi üçün daha geniş imkanlar var. Biz vətəndaş cəmiyyəti və işgüzar dairələrin maraqları baxımından bu əlaqələri institusional və informativ səviyyədə gücləndirmək üçün çalışacağıq”,-deyə Ciovani Davoli vurğuladı.

Daha çox göstər
Back to top button