Beynəlxalq

Forbes-in “Milyarderlər-2018” reytinq siyahısına üç erməni iş adam daxil olunub

Amerikan “Forbes” jurnalının təşkil edilmiş dünyanın ən zəngin insanların reytinq siyahısına üç erməni iş adam daxil olunub. “Milyarderlər-2018” reytinq sihyahısında Rusiyada fəaliyyət göstərən “Maqnit” şəbəkəsinin qurucusu, “Krasnodar” futbol akumbunun sədri Sergey Galitski (Harutyunyan) 4 mlrd dollarla 550-ci yeri tutub.

“Taşir” şirkətləri qrupunun qurucusu və sədri Samvel Karapetyan 3.7 mlrd dollarla 606-cı yeri tutub. 2.7 mlrd dollarla Argentinada yaşayan erməni iş adam, Ermənistan milli qəhrəmanı Eduardo Ernekyan 887-ci yeri tutub.

“Milyarderlər-2018” reytinq siyahısının ilk yerləri 112 mlrd dollarla “Amazon”-un sahibkarı Cef Bezos, 90 mlrd dollarla “Microsoft”-un qurucusu Bil Geyts, 84 mlrdla amerikan investor Uoren Bafet isə üçüncü yerdədir.

Daha çox göstər
Back to top button