Təhlil

Lapşin Azərbaycanın nifrətlə dolu dərsinə deyil, erməni sülh mahnısına üstünlük verir

Uşaqlara ermənilərdən nifrət etməyi öyrədən “Azərbaycan məktəbində nifrət dərsi” videosu internetdə böyük hüsrana səbəb oldu. Məşhur bloqqer Aleksandr Lapşin isə, erməni uşaqların iştirakı ilə bir başqa video paylaşıb.

Bloqqer Aleksandr Lapşin öz facəbook səhifəsində erməni “Detq” qrupunun “Toy Guns” mahnısını paylaşıb.

Lapşin öz facebook səhifəsində azərbaycanlı uşaqların dərs videosunu “vəhşilik” adlandırmışdı.

“Azərbaycan uşaq baxçasında çəkilmiş və uşaqlarda anit-erməni hisslər yaratmasına dair videodan sonra müqayisə üçün bu qisa videoya baxın. Burada da uşaqlardır. Mahnını 2016-cı il aprel ayının müharibəsində iştirak edən erməni hərbçiləri yazdılar. Bu, sülhü təbliğ edən bir mahnıdır. Nə erməni, nə də azərbaycanlı əsgərlər ölməlidir”,-deyə Lapşin yazır.

“Toy Guns” mahnısı 2016-cı ildə baş vermiş 4 günlük müharibədə vətən uğruna həlak olmuş hərbçilərə həsr edilmişdir.

“Gəlin, oyuncaq silahlarla oyuna geri dönək, müharibədə olduğumuzu göstərək. Xeyr, bu sadəcə bir oyundur, biz ölmək istəmirik”.

Video sonunda uşaqlar oyuncaq silahları bir yana atırlar və müharibədən imtina edirlər.

Daha çox göstər
Back to top button