İctimaiyyət

Müsavat Partiyası icra aparatının rəhbəri polisə aparılıb

Martın 7-də Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Bakı Baş Polis İdarəsinə aparılıb. O, dünən Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsində sorğu-sual edilib.

Müsavat Partiyasının mətbuat xidmətinin məlumatına görə, G.Aslanlı 99 BB 035 dövlət nömrə nişanlı, qara rəngli “Audi” markalı avtomobillə Müsavat Partiyasının mərkəzi qərargahından aparılıb.

Partiyanın məlumatına görə, son iki gündə partiyanın iyirmidən çox fəalı polisdə sorğu-sual edilib.

“Hakimiyyət Müsavat Partiyası və Milli Şuranın martın 10-na təyin etdikləri mitinqin kütləvi alınacağından narahat olduğu üçün repressiv üsullara əl atır, cəmiyyətdə qorxu hissini gücləndirməyə çalışır”, – Müsavat Partiyasının bu gün yaydığı bəyanatda deyilir.-03B-

Daha çox göstər
Back to top button