Siyasət

Artaşes Tumanyan: “Ermənistan-İran münasibətlərində irəliləyişlər gözlənilir “

Ermənistanın xarici siyasətində İranla münasibətlər mühüm və vacib bir yerə malikdir. Bu haqda İranın “Tasnim” xəbər agentliyinə müsahibəsində İranda ER səfiri bildirib.

“Əminəm ki, İran üçün də eyni şeyi ola bilər. Hesab edirəm ki, bu münsaibətlər  sabit və davamlıdır, bu münasibətlər üçüncü ölkə ilə münasibətlərdən asılı deyildir. Ermənistan və İran münasibətlərinin inkişafı üçün optimistəm. İnanıram ki,  Ermənistan-İran münasibətlərində inkişaf olacaq”- deyə o qeyd etdi.

A. Tumanyan bildirdi ki, Ermənistan-İran elektrik və qaz mübadiləsi proqramı önümüzdəki il ərzində genişlənəcək.

Iran-Ermənistan qaz kəmərinin illik 2.2 milyard kub metr gücü var.

“Uzun illərdir müzakirələrdən sonra, çox güman ki, başqa bir böyük layihə praktik həyata keçirilmə mərhələsinə girəcək. Söz Araz çayında inşa ediləcək  Meğri Su elektrik stansiyası haqqındadır”- deyə səfir qeyd etdi.

Daha çox göstər
Back to top button