BaşlıcaTəhlil

Beynəlxalq ictimaiyyət Artsaxı millətlər ailəsinə qəbul etməlidir: Con Evansın “The National Interest”-dəki məqaləsi

Beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ Respublikasını/Artsaxı alqışlayaraq millətlər ailəsinə qəbul etmə zamanıdır. Bu haqda The National Interest jurnalında dərc olunmuş məqalədə ABŞ-nın ER-dakı sabiq səfiri Con Evans yazır. O həmçinin Artsax Respublikasının Prezidenti Bako Sahakyanın ABŞ-a ediləcək səfərə toxunub.

“Bu həftə Artsaxın demokratiya yolları ilə seçilmiş Prezidenti Bako Sahakyan Vaşinqtona səfər edəcək. O, ABŞ administrasiyası tərəfindən qəbul olunmayacaq, çünki ABŞ, 1921-ci ildə Stalin tərəfindən Azərbaycana birləşdirilmiş Artsaxın müstəqil olub olmaması haqqında susdur”,-deyə ABŞ sabiq səfiri yazır.

O qeyd edir ki, Vaşinqton digər ölkələr kimi Artsaxı tanımır, lakin Bako Sahakyandan əvvəl 1999-cu və 2002-ci illərdə ABŞ-a səfər edən Prezident Arkadi Ğukasyan Dövlət Departmentinin rəsmiləri ilə görüşmüşdü. Bundan başqa, Vaşinqtonda Artsaxın qeyri-rəsmi nümayəndəsi də vardır.

Evans vurğulayır ki, ABŞ Rusiya və Fransa ilə artıq 20 ildən çoxdur ki, ATƏT-in çərçivəsində DQ münaqişəsinin nizamlanması üçün vasitəçilik missiyasını həyata keçirir. O qeyd edir ki, məsələ hələ ki nizamlanmadı, lakin bu ərzində Artsax xalqı bazar iqtisadiyyatı, azad və ədalətli seçkilər, insan hüquqlarına hörmət prinsiplərinə əsaslanan bir firavan demokratiya qurdu.

2016-cı il aprel ayında baş vermiş müharibəni xatırladaraq diplomat qeyd edir ki, Azərbaycan tərəfi “İslam Dövləti” terror qrupunu xatırladan müxtəlif zülmlər həyata keçirdi.

“2016-cı il müharibəsindən sonra, iyulda artsaxa səfər edərək Dağlıq Qarabağ xalqının və de-fakto hakimiyyətinin, dünya tərəfindən “tanınmamış” olmasına baxmayaraq, qurduğu demokratiyanı öz gözlərimlə görüdüm. Onlar Montevideo Konvensiyasında sadalanan bütün dövlət xüsusiyyətlərini, sadəcə digər dövlətlərlə əlaqələr qurma bacarığı istisna olmaqla nümayiş etdirmişlər. Əslində onlar qabiliyyətə malikdirlər, lakin imkanlareı yoxdur”,-deyə sabiq səfir qeyd edir.

O xatırladır ki, Azərbaycan Artsaxa səfər edənləri qara siyahısına daxil edərək günahlandırır. O, qara siyahısına daxil olunmuşlar arasında opera müğənnisi Monserat Kaballe, tanınmış aşpaz Entoni Berdin, “Washinton Post” köşə yazarı David Ignatius və bir çox digərləri, o cümlədən özünün olduğunu qeyd etdi.

O vurğulayıb ki, Brüsseldə görüşmüş beynəlxalq hüquq ekspertlərinin fikrincə, öz müqəddəratını təyin etmək hüququ yalnız dövlətin xarici təhlükələrdən qorunmaq üçün istifadə edilə bilən ərazi bütövlüyü prinsipindən artıqdır, azlıqların hüquqlarına zidd deyil.

Daha çox göstər
Back to top button