Siyasət

Çex Respublikasında Soyqırımlara həsr olunmuş muzey açılıb. Erməni Soyqırımına dair məqalələr də nümayiş olunub

Çexiyanın Terezin şəhərində Terezniştad Soyqırımı Araşdırma Mərkəzinə  ait muzeyin açılış mərasimi  keçirilib. Açılış mərasimdə Çexiyada ER səfiri Tigran Seyranyan iştirak etdi.

ER Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, ER səfiri 2012-ci ildən bəri  “9 Qapı“ festivalı və “Bəlanın kökləri ” Soyqırımların araşdırma mərkəzinin fəaliyyəti çərçivəsində Pavel Xalupa və Şimon Krbets ilə əməkdaşlığa böyük əhəmiyyət verib. Bu kontekstdə səfir gələcəkdə soyqırımların qarşısını alma və soyqrımların inkarına qarşı mübarizədə  təhsil müəssisələrində soyqırım tədrisinin rolunu vurğuladı.

Səfir Çexiya parlamentinin deputatlarına 25 aprel 2017-ci il tarixində Erməni Soyqırımını tanıyan qətnamənin qəbul etməsi üçün təşəkkür etdi. Səfir Ermənistan-Çexiya parlamentlərarası Dostluq qrupunun keçmiş sədri Robin Byohnşinin rolunu vurğuladı, o artıq Çexiya parlamentinin üzvü deyildir. ER səfiri Terezniştad mərkəzinin və Erməni Soyqırımı Muzey-İnstitutu arasında əməkdaşlığın zəruriliyindən danışıb.

Tədbirdə Terenzinştad mərkəzinin və muzeyin təşəbbüskarı olan, Çexiya Parlamentinin  keçmiş deputatı, “Mxitar Goş” mükafat laureatı Robin Byohniş də çıxış edib.

O mərkəzinin fəaliyyətinin  və həqiqəti gələcək nəillərə çatdırmasının əhəmiyyətini vurğuladı.

Daha çox göstər
Back to top button