Siyasət

Ermənistan və Aİ heç bir zaman bu qədər yaxın olmadılar: Moqerini

Ermənistan və Avropa İttifaqı heç vaxt bu qədər yaxın olmadılar. Bu haqda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Yerevanda keçirilən “Avropa Planlaşdırma Konfransı” iştirakçılara yönəlmiş video mesajında bildirib.

Moqerini keçən il noyabrında Brüsseldə Ermənistan və Aİ arasında imzalanmış 3 sazişi xatırladaraq ümid etdi ki, bunlar həm Ermənistanda, həm də Avropa İttifaqında insanlar həyatını yaxşılaşdıracaqlar.

“Digər sazişlər də imzalandı və bunlar Ermənistan və Aİ hava və quru əlaqələrini yaxşılaşdıracaq. Biz vətəndaş cəmiyyəti təşkilatlarından bu müqavilələrin həqiqətən uğur qazanması üçün bizə təklif və tövsiyələrlə yardım etməyə xahiş etdik”,-deyə Moqerini qeyd etdi.

Daha çox göstər
Back to top button