BaşlıcaSiyasət

ER XİN-nin mətbuat katibi :“Azərbaycan 2011-ci il tarixili ATƏT-in Vyana Sənədinin 5-ci başlığının 40.1.1-ci bəndini pozub”

Azərbaycan martın 12-də başladığı hərbi təlimlərə daxil olunan  hərbi texnikanın sayları ilə 201-ci ilin ATƏT-in Vyanna sənədini pozub.

Bu haqda Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan Twitter  hesabında yazıb.

“Azərbaycan 2011-ci il tarixli ATƏT-in Vyana Sənədinin 5-ci başlığının 40.1.1-ci (müəyyən hərbi fəaliyyətlərə dair ilkin məlumat) maddəsini  açıq şəkildə pozur”-deyə Tigran Balayan  yazıb.

Daha əvvəl Tigran Balayan bildirib ki, Azərbaycan ölkədə keçirilən hərbi təlimlər barədə üzv dövlətlərə məlumat vermədiyində  ATƏT sənədləri çərçivəsində üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozub.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycanda  martın 12-dən 17-dək   hərbi təlimlər keçiriləcək. Azərbaycan mətbuatında verilən məlumata görə, təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

2011-ci il tarixili Vyana Sənədini 5-ci başlığının 40.1.1-ci  bəndinə görə, bu hallarda  hərbi təlimlər haqqında məlumat verilməlidir

1.ardım edici qoşunları da daxil olmaqla, təlimlərdə ən azı 9 min nəfər iştirak edir

2.ən azı 250 tank

3.ən azı 500 zirehli texnika

4.ən azı 250   reaktiv yaylım atəş sistemi və minaatan

Daha çox göstər
Back to top button