İctimaiyyət

Müəllim azərbaycanlıları ermənilərlə dostluğa çağırdığı üçün işdən qovulub

Gənc müəllim Rövşən Əzizov azərbaycanlı və erməni uşaqlar arasında sülh və dostluğa çağırdığına görə işdən çıxarılıb.

Əzizovun Turan-a verdiyi məlumata görə, o, 2004-cü ildən Bakının Nizami rayonunda 220 saylı məktəbdə ingilis dili müəllimi kimi işləyirdi. Bu zaman o, həmişə qeyri-ənənəvi tədris metodlarına üstünlük verir, uşaqların dərslərə marağını artırmaq üçün sənətkarlıq və səhnə tamaşalarından istifadə edirdi.

O, uşaqların iştirakı ilə azərbaycanlılar və ermənilər arasında dostluğa həsr olunmuş bir neçə videoçarx çəkib.

“Mən bir müəllim kimi erməni və azərbaycanlı uşaqların sülh və təhlükəsizlik şəraitində yaşamasını istəyirəm. Heç kim uşaqlar arasında ədavət sala bilməz. Valideynlər uşaqları dostluq və sevgi ruhunda böyütməlidir”, deyə Əzizov bildirib.

Daha çox göstər
Back to top button