Siyasət

Ermənistan və İsveç Xİ nazirləri soyqırımların qarşısını alma addımlarını müzakirə etdilər

Rəsmi səfəri ilə Stokholmda olan ER Xİ naziri Edvard Nalbandyan İsveç xarici işlər naziri Margot Valstryomla görüşdü. Bu haqda ER XİN-dən məlumat verilir.

İsveç Xİ naziri qeyd etdi ki, Ermənistanla həm ikitərəfli, həm də çoxtərəfli alanlarda geniş əməkdaşlığın inkişafına əhəmiyyət verir və bu, son illərdə ənənəvi qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivliyində əks olunub.

Ermənistan və İsveç Xİ nazirləri ikitərəfli gündəm məsələləri müzakirə etdilər. Bu kontekstdə ticarət-iqtisadi, elmi, təhsil, mədəniyyət, ətraf mühitin qorunması, bərpa olunan enerji və informasiya texnologiyaları sahələrində əməkdaşlığın derinləşməsinə dair fikir mübadiləsi aparılıb.

Xİ nazirləri soyqırımların və insalığa qarşı cinayətlərin qarşısını almaq üçün atılan addımlara və bu kontekstdə Ermənistan və İsveç təşəbbüslərinə toxundular. Edvard Nalbandyan Margot Valstroma İsveçli missioner Alma Yohanssonun Erməni Soyqırımı zamanı humanitar fəaliyyətinə dair bir kitab hədiyyə etdi.

ER Xİ naziri Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll edilməsi üçün Ermənistan və ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən göstərilən birgə səyləri təqdim etdi.

Daha çox göstər
Back to top button