İctimaiyyət

“Eurovision 2018” Azərbaycanın təmsilçisinin müsabiqə mahnısında dəyişiklik ediləcək

Azərbaycanı bu il “Eurovision” müsabiqəsində təmsil edən Aysel Məmmədovanın müsabiqə mahnısında dəyişiklik edilməsinə qərar verilmişdi.

Azərbaycanı bu il “Eurovision” müsabiqəsində təmsil edən Aysel Məmmədovanın “X my heart” adlı mahnısında dəyişiklik ediləcək.Yunanıstanda baş tutan məşqlərdən sonra ingilis prodüser Tim Branın təklifi ilə mahnıda dəyişiklik olunmasına qərar verib. Kompozisiyaya dəyişiklik edilməsinin səbəbi mahnının sosial şəbəkələrdə tənqid edilməsi olub. Çoxları hesab edir ki, bu mahnı Ayselə uğur gətirməyəcək. Bununla yanaşı bukmeykeylər də Azərbaycanı 10-luğa düşməyəcəyini proqnozlaşdırıb.

“X my heart” mahnısı məşhur yunan bəstəkar-prodüser Dimitris Kontopulos və isveçli bəstəkar Sandra Byurmanın müştərək əsəridir. Hər iki müəllif müxtəlif illərdə “Eurovision” mahnı müsabiqəsində qalib olub. 2016-cı ildə D.Kontopulos və 2011-ci ildə S.Byurman qalib seçilib. Mahnı Londonda yazılıb. Səhnə quruluşu üzərində məşhur yunan Fokas Evangilinos çalışıb.

Lissabonda keçiriləcək adıçəkilən müsabiqənin birinci yarımfinalı mayın 8-də, ikinci yarımfinal mayın 10-da, final isə 12 may tarixində baş tutacaq.

Daha çox göstər
Back to top button