İctimaiyyət

İrava-Tech konfransı çərçivəsində İT sahəsində aparıcı ermənilər Ermənistana gələcəklər

Luys fondunun hüquqşünasları  təşəbbüsü ilə təşkil edilmiş İrava-Tech Elm və texnologya konfransı çərçivəsində Erevanda İT sahəsinin məşhur erməniləri bir araya gələcək.

Artıq ikinci dəfə təşkil edilmiş konfrans Ermənistada texnologiya sahəsinin inkişafına yönəlmişdir.

Luys fondunun bildirdiyinə görə, İrava-Tech konfransında  iştirak etmək üçün İT nümayəndələri, startup və akselerator şirkətləri və bu sahədə maraqlanan bütün  insanlar dəvət edilib.

ABŞ Demokrat Partiyasının  Milli Komissiyasının Texnologiya üzrə  sədri Raffi Grigoryan, Avstraliya və Yeni Zelandiyada Ameriknaın Salesforce İT  şirkətinin İctimai Siyasət Sorumlusu Sasun Grigoryan, SalesNative və Contexti şirkətlərinin  strateji müşaviri və  qurucusu Sindi Minasyan, SmartGateVC şirkətinin qurucusu Aşot Arzumanyan, texnoloji startupların qurucuları və sahədə  fəaliyyət göstərən aparıcı hüquqşünaslar mühazirə ilə çıxış edəcəklər.

İntellektual mülkiyyət hüquqlarının qorunması, investisiya idarəçiliyi və ixtira  lisenziyası və digər əlaqəli sahələrə dair müzakirələr aparılacaq.

Daha çox göstər
Back to top button