Siyasət

Konovalov: “Ermənistan silah sursat üçün Rusiyadan “böyük bonuslar” alır”

Azərbaycanın silah sursatların sayını artırma cəhdlərinin obyektiv səbəbləri var, lakin nəticədə Azərbaycan və Ermənistanın  silahları eyni və adekvatdır, bu isə regionda qüvvələrin balansını təmin edir.

Bu haqda “РУСАРМИНФО”-ya müsahibəsində rus hərbi ekspert İvan Konovalov qeyd etdi.

“Erməni tərəfindən silah sursat bazarını diversifikasiya etmək üçün addımlar atır, Azərbaycan tərəfi də addımlar atır. Rusiyadan silah alan ölkələrin silah növləri bir-birlərini qarşılıqlı olaraq balanslaşdırır, bu isə demək olar ki, iki tərəfindən  heç biri  böyük miqyaslı bir müharibəyə başlamağa hazır deyildir”- deyə rus ekspert qeyd etdi.

İvan Konovalovunun fikrincə, Azərbaycan böyük maliyyə imkanları olduğu üçün müxtəlif ölkələrdən silah alır, Ermənistan isə Rusiyadan silah aldığı üçün “böyük bonuslar” alır.

Stokholm Sülh Problemlərinin Araşdırılması İnstitutunun (SIRPI)  bildirdiyinə görə,  2013-2017 illər ərzində  ərzində Erməmnistan 124 mln. Dollar Azərbaycan isə 551 mln. dollar dəyərində silah alıb, Ermənistana silah ixracının 100%-i Rusiyanın payına düşüb.

Azərbaycan Rusiyadan başqa İsrail, Çexiya, Slovakiya və müxtəlif ölkələrdən silah alıb.

Daha çox göstər
Back to top button