Siyasət

Artsax Respublikası dövlət naziri Arayik Harutyunyan Yeni Cənubi Uelsin parıamentinə getdi

Avstraliyada olan Artsax Respublikasının dövlət naziri Arayik Harutyunyanın başçılıq etdiyi nümayəndə heyəti Yeni Cənubi Uelsin parlamentinə getdi. Orada Yeni Cənubi Uelsin Ermənistan-Avstraliya dostluq qrupu ilə görüşdü. Avstraliyadakı Hay Dat komitəsi və Avstraliyada Artsax Respublikasının nümayəndəsi Kaylar Mikayelyan da görüşdə iştirak edirlərdi. Görüş parlamentin üzvü, Avstraliya-Ermənistan dostluq qrupunun sədri Conatan O Dea rəhbərliyində keçib.

Arayik Harutyunyan Yeni Cənubi Uels parlamentinə Artsax Respublikası xalqının yanında olub onların müstəqillik və suverenlik hüquqlarını tanıdıkları üçün təşəkkür etdi. O həmçinin Conatan O Dea, Hyu Mak Dermota, Damien Tyudhopə bir ay öncə Sumqayıt qırğınlarının 30-cu il dönümü münasibətilə çıxış etdikləri üçün təşəkkür etdi.

Arayik Harutyunyan Yeni Cənubi Uelsdəki  Sülh Parkında yerləşdirilmiş Erməni Soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş memorialına getdi və Erməni Soyqırımının 1.5 milyon günahsız qurbanlarının xatirəsini yad etdi.

Daha çox göstər
Back to top button