ER SQ qadınları sülhməramlılar təlimlərində iştirak edir
ER SQ qadın ordu xidmətçiləri ilk dəfə Kosovonun növbətçiliyindən öncə keçiriləcək təlimlərində cəlb olunmuşlar ki, o da Almaniyada Hohenfelsin Birləşmiş çoxmillətli Təhsil Mərkəzində keçirilir.
Bu haqda öz Feysbuk səhifəsində ER-da ABŞ səfirliyindən bildirilib.
Səfirlik eləcə də qeyd edir ki, qadın sülhməramlıları Kosovoda həyata keçiriləcək missiyalarda iştirak edəcəklər.Onlar orada Kaliforniyanın Milli qvardiyasının 79-cu Briqadasında döyüş operativ dəstəsində xidmət edəcəklər.Səfirlik həm də qeyd edib ki, qadın sülhməramlılar var.Lakin bu informasiya Müdafiə nazirliyinin mətbuat spikeri hazırkı anda təstiqləmədi və qeyd etdi ki, gələcəkdə müxtəlif məsələləri yerinə yetirməkdə, o cümlədən sülhməramlı missiyada nazirlik qadınların tədbiq edilməsini istisna etmir.
“Biz ümumiyyətlə Silahlı qüvvələrdə qadınların cəlbediciliyi amillərini genişləndiririk. Yaxın vaxtlarda digər qoşun bölmələrində və digər məsələlərdə olduğu kimi eləcə də sülhməramlı ola bilər.Bu da bizim növbəti müsbət islahatların yeni səviyyəsi ola bilər”-deyə Artsrun Hovannisyan qeyd edib.
Deyək ki, sülhməramlı missiyalara getməzdən əvvəl ER SQ sülhməramlılarının növbəti qoşun dəstəsi Almaniyada hazırlıq keçirir.
Hazırda erməni sülhməramlıları Əfqanıstanda , Livanda, Malidə və Kosovoda qulluq edir.