Siyasət

Mariya Zaxarova: “Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını tərəfdaşlarımızla müzakirə edirik”

Rusiya Federasiyası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları tərəfdaşları ilə müzakirə edir.

“Armenpress”in verdiyi məlumata görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusunu bir sıra tərəfdaşları ilə müzakirə etdiyini söyləyib:

“Biz münaqişənin nizamlanması yollarını tərəfdaşlarımızla müzakirə edirik. Söhbət həmsədr və region ölkələrindən gedir. Bu, normal haldır və diplomatik işin bir hissəsidir”.

Xatırladaq ki, Rusiya  xarici işlər naziri  Sergey Lavrov  və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu martın 14-də Moskvada  görüşüblər.

Daha çox göstər
Back to top button