Siyasət

A. Harutyunyan Yeni Cənubi Uels parlamentinə Artsax müstəqilliyini tanıması üçün təşəkkür etdi

İşgüzar səfəri ilə Avstraliyada olan Artsax Respublikası dövlət naziri Arayik Harutyunyanın başçılıq etdiyi nümayəndə heyəti Yeni Cənubi Uelsin parlamentinə getdi. Bu haqda AR dövlət naziri administrasiyasından məlumat veriblər.

Dövlət naziri Ermənistan-Avsraliya dostluq qrupunun üzvləri və qrupun rəhbəri, parlament üzvü Conatan O Dea ilə görüşdü. A. Harutyunyan Yeni Cənubi Uelsparlamentinə Artsax Respublikasının müstəqilliyini tanımaq və öz müqəddəratını təyin etmək hüququna hörmətlə yanaşmaq üçün təşəkkür etdi.

Conatan O Dea A. Harutyunyanın Avsraliyaya və xüsusilə də Yeni Cənubi Uelsə etdiyi səfərini alqışlayaraq qeyd etdi ki, bu səfər ikitərəfli əlaqələrin güclənməsinə töhfə verəcək. Görüş zamanı qarşılıqlı əməkdaşlığın gələcək inkişafı ilə bağlı bir sıra məsələlər müzakirə edildi.

Səfər çərçivəsində A. Harutyunyan Yeni Cənubi Uels parlamentinin yanında olan Sülh parkındakı xatirə memorialında Erməni Soyqırımı qurbanlarının xatirəsini yad edib.

Daha çox göstər
Back to top button