BaşlıcaBeynəlxalq

Artsaxın dövlət naziri Avstraliyada bir qrup erməni işgüzarlarıyla görüşüb

İşgüzar səfərlə Avstraliyada olan Artsax Respublikasının dövlət naziri Arayik Harutunyan Avstraliada yaşayan bir qrup erməni işgüzarlarıyla görüşüb. Həmin müddətdə “Artsax Ruts İnvestmints” birliyinin həyata keçirdiyi proqramlarının Artsaxda məskunlaşdırılan rayonlarında xüsusiyyətlərini və nailiyyətlərini təqdim etmişdir.
O, ötən 9 ay ərzində Artsaxın iqtisadi aktivliyi və sakinlərinin həyat keyfiyyətini dirçəltmək üçün həmin proqramların əhəmiyyətini vurğulayıb.A.Harutunyan daha sonra Avstraliyada AR Daimi nümayəndəliyi tərəfindən dövlət nazirinin səfəri şərəfinə təşkil etdiyi rəsmi naharda iştirak edib. Orada Avstraliya erməni icmasının demək olar ki, bütün siyasi və mədəniyyət xadimlərindən 120 nəfərə kimi iştirak etmişlər. Dövlət naziri icmanın nümayəndəliyinə vətəndən uzaqlarda erməniliyi yanar qoruduqları və vətənə daima dəstək olduqları üçün təşəkkür bildirmişdir.
O, qeyd edib ki, hələ 90-cı illərdən avstraliyalı ermənilər Artsaxa humanitar olduğu kimi eləcə də investisiya proqramlarının həyata keçirilməsi işində iştirak etmişlər.
Ara Harutunyan minnətdarlıq nişanəsi olaraq Artsax hərəkatının 30 illiyinə həsr olunan xatirə medallarıyla Stepanakertin “Nairi” mehmanxanasının təssisçi ümumsahiblər Avstraliya erməniləri Hakob Apolokeanı, Pol Metsyakobeyanı , Mihran Apolokeanı, Karo Seteanı və Varujan İskanderianı təltif edib.

Daha çox göstər
Back to top button