Ekonomika
Azərbaycanda qaz hasilatı 9 faiz azalıb
2018-ci ilin yanvar-fevral aylarında 7,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir.Dövlət Statistika Komitəsinin məlumatına görə, məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 8,4 faiz, neft sektorunda 0,4 faiz artmışdır.
Sənaye məhsulunun 75,0 faizi mədənçıxarma sektorunda, 20,0 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı 0,5 faiz artmış, əmtəəlik qaz hasilatı isə 9,4 faiz azalmışdır.