Siyasət

Beynəlxalq ictimaiyyət məhz Azərbaycana qarşı sanksiyalar tətbiq edilməlidir: Şarmazanov Əliyevin bəyanatına cavab verib

ER parlament sədrinin müavini, hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov Ermənistana qarşı sanksiya tətbiq etməyə çağıran Azərbaycan prezidenti İlham Əliyevin bəyanatını absurd adlandırıb. ER parlament sədrinin müavini jurnalistlərlə görüşdə qeyd edib ki, beynəlxalq ictimaiyyət sanksiyaları məhz Azərbaycanın cinayətkar siyasətinə qarşı tətbiq etməlidir.

“Azərbaycan hələ 1988-ci ildə cinayətkar siyasətini nümayiş etdirərək Sumqayıtdakı günahsız və silahsız erməni əhalisini qırıb. İki il sonra isə, belə bir qırğın Bakıda törədilib”,-deyə Şarmazanov qeyd etdi.

Onun sözlərinə görə, o vaxt mədəni dünya sanksiyalar tətbiq etsəydi, bəlkə də belə bir şey olmazdı. “Hələ demirəm ki, 1991-1994-cü illər ərzində Azərbaycanın siyasi rəhbərliyi Artsaxın azadlıq istəyən xalqına qarşı terror müharibəsinə başlayıb. Eyni şey 2016-cı il aprel ayında təkrarlanıb. Beynəlxalq ictimaiyyət bir ölkəyə qarşı sanksiya tətbiq edirsə, o ilk öncə Azərbaycan olar”.

O əminliklə qeyd edib ki, Azərbaycan prezidentinin bəyanatları narahatedici deyil, çünki Azərbaycanın Artsax məsələsinə dair xarici siyasəti yalnız yalana əsaslanır.

Daha çox göstər
Back to top button