Siyasət

K.Nazaryan: ŞT-nin brüsseldəki zirvəsində təsdiq olunmuş “2020-dək 20 nəticə” sənədi ER-Aİ gündəm formatında yeni istiqamətdir

Martın 15-də Yerevanda Şərq Tərəfdaşlığının  Dövlət İdarəçiliyi İslahatları üzrə İş Qrupunun müzakirələri keçirilib. Müzakirədə ER Xarici İşlər nazirinin müavini Karen Nazaryan, Avropa Komissiyasının nümayəndələri, Aİ üzv və tərəfdaş ölkələrinin nümayəndələri iştirak edirdi.

Karen Nazaryan qeyd edib ki, Brüsseldə keçirilən Şərq tərəfdaşlığı sammitində təsdiq edilmiş “2020-dək 20 nəticə” sənədi yeni istiqamətdir və yaxın illərdə tərəfdaşlığın ümumi gündəmi formatında aparılan bütün proseslər, o cümlədən peşəkar, apolitik, hesabatlı və etik prinsiplərə uyğun ictimai xidmətinin formallaşması bu iqtiqamətlə irəliləyəcək.

ER-Aİ əməkdaşlığına dair Karen nazaryan qeyd edib ki, demokratiyanın gücləndirilməsi, qanunun aliliyi və ictimai və sosial strukturların inkişafı kimi önəmli bəndlər həm hərtərəfli və genişlənmiş əməkdaşlıq haqda sazişi, həm də Tərəfdaşlıq prioritetlərinin əsasındadır və onların səmərəli tətbiq olunması Ermənistan ictimaiyyəti və hökumətinin gələcək fəaliyyəti üçün böyük əhəmiyyət daşıyacaq.

Görüş gündəmində ictimai idarəetmə sahəsinə dair bir sıra önəmli məsələləri, o cümlədən strateji planlaşdırma, yerli hakimiyyət orqanlarının və vətəndaş cəmiyyətinin rolu, eləcə də elektron idarəetmə və rəqəmsallaşdırma məsələlərinin müzakirəsini daxildir.

Daha çox göstər
Back to top button