BaşlıcaTəhlil

Şarmazanov Türkiyə Baş nazirinin Xocalı hadisələri ilə bağlı bəyanatını əxlaqsız yalan adlandırıb

ER parlament sədrinin müavini, hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov Türkiyə Baş naziri Binəli Yıldırımın “BMT və ATƏT sənədləri göstərir ki, Xocalı hadisələri Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımdır” bəyanatına reaksiya verib.  ER parlament sədrinin müavini vurğulayıb ki, Türkiyə Baş nazirinin bəyanatı əxlaqsız yalan və absurddur.

“O deyib guya BMT, ATƏT və beynəlxalq digər təşkilatlar Ermənistan tərəfindən törədilmiş “qırğınları” pisləyiblər. Nə BMT, nə AŞPA, nə ATƏT, nə də  dünyanın başqa bir beynəlxalq təşkilatı və qurumu Ermənistanı “qırğınlar” törədməkdə günahlandıran bir sənəd qəbul etdi. Bu, əxlaqsız yalandır. Elə bir şey yoxdur”,-deyə Şarmazanov qeyd etdi.

Onun sözlərinə görə, bu sadəcə Türkiyə və Azərbaycanın nəbəti saxtakarlığıdır. “Onlar toplandılar, başqa kənddən biri yoxdur. Yalan deyirlər. Ermənistan və ya Artsax tərəfindən töədilmiş “qırğınları” qəbul edən heç bir beynəlxalq təşkilat yoxdur. Xocalı haqqında çox danışıldı. Onların prezidenti Ayaz Mütəllibov bu barədə danışmışdı və bu, sadəcə daxili siyasi mübarizənin nəticəsidir. Azərbaycanın o zamankı müxalifəti Mütəllibovun “Axilles dabanı”-na vurub. Mütəllibov müsahibəsi internetdə vardır. Burada heç bir gizli şey yoxdur”.

Şarmazanov qeyd etdi ki, həmişə Azərbaycanın yanında olduklarına dair Türkiyənin bəyanatları bir daha da erməni tərəfinin mövqeyinin doğru olduğunu sübut edirlər. Türkiyənin Artsax məsəlsində işi yoxdur, çünki bu ölkə Azərbaycanın cinayətkar siyasətini dəstək verir.

Daha çox göstər
Back to top button