İctimaiyyət
Azər Kazımzadədən Əli Kərimli ilə olan intervünü silməyi tələb edirlər
“Sancaq” səhifəsinin aparıcısı Azər Kazımzadə hakimiyyət nümayəndələrinin onun qohumlarına təqyiq etdiyini yazıb. Buna səbəb A.Kazımzadənin AXCP sədri Əli Kərimli ilə canlı yayım etməsi olub:
“Əli Kərimli ilə müsahibədən sonra Əliyevin adamları qohumlarıma təzyiq eləmə başlayıb və deyiblər ki müsahibəni silsin və bundan sonra Kərimliyə meydan verməsin.Bədbəxtlər anlamir ki, təzyiq etdiyi qohumlar məndən 4-5 il əvvəl imtina ediblər (daha doğrusu elətdiriblər).Siz təzyiqlərinizi davam etdirin və növbəti canlı yayımda olacaq. Ən əsası biz qohumlarımıza görə bu yola çıxmamışıq. Biz Azərbaycan naminə bu yoldayıq və Azərbaycan azad olanacan bircə addım belə geri atmaq yoxdur”.