Təhlil

Bizim elə silahlarımız var ki, Azərbaycanın bütün iqtisadi və hərbi potensialını məhv edə bilərik. Bu, hərbi-siyasi tarazlığa gətirib çıxarır: V. Harutyunyan

Biz Azərbaycanın hərbi təlimlərini qiymətləndiririk. Biz anlamalıyıq ki, Azərbaycan tərəfinin belə silahların nümayişi həm yerli, həm də xarici auditoriyaya yönəldilmişdi. Bu haqda ER sabiq müdafiə naziri Vağarşak Harutyunyan “Armenia” televiziyasının “R-Evolution” proqramında deyib.

Vağarşak Harutyunyanın sözlərinə görə, silahları daxili auditoriyaya seçkilərdən öncə göstərildi. Azərbaycan öz xalqına göstərmək istəyirdi ki, bütün xərlənən pullar ordunun inkişafı üçündülər. “Digər tərəfdən də, bu, sadəcə Ermənistan və Qarabağa deyil, həmsədrlərə də gücün nümayiş etdirilməsi idi”,-deyə sabiq nazir qeyd edib.

Sabiq nazirin fikrincə, aprel əməliyatlarına o baxımdan baxmalıyıq ki, Azərbaycan həmsədrləri belə geniş miqyaslı olmayan bir müharibə ilə Qarabağ məsələsini öz marağlarına uyğun həll etməyə məcbur etməyə çalışır.

Erməni tərəfinin imkanları ilə müqayisədə Azərbaycanın silahlarına dair sualına Vağarşak Harutyunyan qeyd edib ki, bəzi müasir silahlar baxımından Azərbaycanın üstünlüyü var: “Ölkənin hərbi balansına baxanda nəzərə almalıyıq ki, ordunun döyüş hazırlığı başqa,  silahlar, silahların sayı və keyfiyyəti də başqa standartlardır”.

Keçmiş nazirin sözlərinə görə, Azərbaycan müxtəlif növ silah növlərinin taktiki halqa üzərində üstünlüyə malikdirsə, erməni tərəfinin üstünlüyü isə, qeyd olunandan başqa, strateji halqasıdır.

“Bizim elə silahlarımız (məsələn “Skad”, “İskander”) var ki, Azərbaycanın iqtisadi və hərbi potensialını məhv edə bilər. Bu, bizim dediyimiz hərbi-siyasi tarazlığını təmin edir”,-deyə Vağarşak harutyunyan qeyd edib.

Daha çox göstər
Back to top button