Mədəniyyət

Minskdə “2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsi”-nin keçirilmə tarixi məlum olub

“2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsi” Minskdə cari il mayın 25-də keçiriləcək. Bu haqda müsabiqənin milli təşkilatçısı Bel Televiziya və Radio Şirkəti məlumat verir.

Daha əvvəl Avropa Yayım Birliyi məlumat vermişdi ki, Bel Televiziya və Radio Şirkəti 2018-ci ildə Mkinskdə “Avroviziya Uşaq Mahnı Müsabiqəsi”-nə xidmət verəcəkdir.

Bel Televiziya və Radio Şirkətinin verdiyi məlumatına görə, Avropa Yayım Birliyi və müsabiqənin müşahidəçilər şurası artıq müsabiqənin logosunu və şüarını təsdiq etdilər (“Ulduz” və “Light up!”).

Belarus ikinci dəfə müsabiqəni qəbul edən bir ölkdir. “2010 Avroviziya Uşaq Mahnı Müsabiqəsi” də Minskdə keçirilmişdi.

Daha çox göstər
Back to top button