Siyasət

Parlamentdə Ermənistan-Polşa nümayəndələrinin iclası başlayıb: Birgə bəyanat qəbul ediləcək

ER Parlamentində Xarici Əlaqələr üzrə Daimi Komitəsi və Polşa Respublikası Senatının Xarici Əlaqələr və Avropa İttifaqı ilə əlaqələr  Komitəsinin birgə iclası başlayıb.

Parlamentin Xarici Əlaqələr üzrə Daimi Komitəsinin sədri Armen Aşotyan vurğulayıb ki, ER siyasi gündəmi müxtəlif və doludur və belə görüşlərin məqsədi ER-Polşa əlaqələrini gücləndirməsi və inkişaf olunmasıdır.

Polşa Senatının Xarici Əlaqələr və Avropa İttifaqı ilə əlaqələr  Komitəsinin sədri Marek Notski də Ermənistan-Polşa ikitərəfli əlaqələrin inkişafına əhəmiyyət verib.

İclas çərçivəsində ER-Aİ münasibətləri, regional təhlükəsizliklə bağlı məsələlər, Ermənistan-Polşa əlaqələri müzakirə olunacaq. İki tərəfin nümayəndələri çıxış edəcəklər, sonra isə birgə bəyanat qəbul ediləcək.

Daha çox göstər
Back to top button