Erməni Soyqırımı

Polşa Parlament heyəti Erməni Soyqırımı qurbanlarının xatirəsini yad edib

Polşa Senatının nümayəndə heyəti Tsitsernakaberddə Erməni Soyqırımı qurbanlarının xatirəsini yad etdi.

Polşa Parlament heyəti, Senatın Xarici Əlaqələr və Avropa İttifaqı ilə əlaqələr  Komitəsinin sədri Marek Rotskinin başçılığı ilə Erməni Soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirən Tsitsernakaberd kompleksini ziyarət edərək soyqırım qurbanlarının xatirəsini yad ediblər. Polşa nümayəndə heyətini  ER Parlamentinin xarici əlaqələr üzrə daimi komitəsinin üzvü Şirak Torosyan müşayiət edirdi.

Polşa Parlament heyətinin üzvləri Erməni Soyqırımı muzey-intitutuna da gedərək Erməni Soyqırımı haqqında olan ifadələr və materialları ilə tanış olublar.

Polşa Erməni Soyqırımını tanımış və pisləmiş ölkələrdən biridir. Loşa Parlamenti 2005-ci il aprelin 19-da Erməni Soyqırımını tanıyan və qınayan qətnaməni qəbul etmişdi.

Daha çox göstər
Back to top button