Siyasət

Rotski: “Ən qısa müddətdə Ermənistan vətəndaşlarının Aİ ərazisinə sərbəst girişini təmin etməyə çalışacağıq”

“Mən dəqiq  bir tərix deyə bilmirəm, lakin biz bu məsələni əsas gündəmdə müzakirəyə başlamaq qərarı aldıq”- deyə bu gün  ER Parlamentində mətbuat konfransı zamanı   Polşa Respublikasının Senatın xarici münasibətlər və Avropa İttifaqı ilə əlaqələr üzrə  Komitəsinin sədri  Marek Rotski ER-Aİ  hərtərəfli və geniş əməkdaşlıq haqda Sazişi çərçivəsində viza rejiminin liberallaşdırılması barədə sualına cavablandıraraq qeyd etdi.

O vurğulayıb ki, ən qısa müddətdə  ER vətəndaşlarının Aİ ərazisinə sərbəst girişini təmin etməyə çalışacaqlar.

“Bu, bugünkü görüşmə çərçivəsində  müzakirəmizin əsas məsələlərindən biriydi”- deyə Marek Rotski qeyd etdi.

ER Parlamentinin Xarici əlaqələr üzrə Daimi Komitəsinin sədri Armen Aşotyan  da əlavə etdi:

“Dəfələrlə qeyd  etdik ki, Polşanı  Aİ-də Ermənistanın maraqlarının səfiri kimi hesab edirik”

Daha çox göstər
Back to top button