Təhlil

Artsaxda gənc frankofonlar parlamentinin yaranması üçün işlər aparılır: Ara Babloyan

ER Parlamentinin sədri Ara Babloyan Frankofoniya Parlament Assambleyasının siyasi məsələlər üzrə komissiyasının iclasında çıxış edib. Bu haqda ER Parlamentindən məlumat verilir. O qeyd edib ki, 2015-ci il və cari il Ermənistanda Franlofoniya üçün xüsusidir.

“2015-ci ildə ölkəmizdə Frankofoniyanın 31-ci nazirlər və Frankofoniya Parlament Assambleyasının Avropa regional bölmələrinin liderlər konfransları keçirilib. Bu il oktyabrın 11-dən 12-dək isə, Ermənistanda Franbkofoniya zirvəsi keçiriləcək. Ölkəmizdə bu cür tədbirin keçirilməsi həmrəylik, xalqların bərabərliyi, demokratiya, insan hüquqlarının qorunması, mədəni müxtəliflik və digər frankofon dəyərlərinə sadiqliyinin sübutudur.

İnsan hüquqları və əlaqəli dəyərlərin gücləndirilməsi frankofoniyanın prioritetlərindəndir. Buna və Francofoniyanın digər dəyərlərinə, o cümlədən sülh və demokratiya dəyərlərinə sadiq qalaraq, Artsax Respublikası öz ərazisində Francofoniyanın inkişafı üçün addımlar atmağa davam edir. Müxtəlif ölkələri təmsil edən frankofon parlament üzvlərinin Artsaxa səfərləri də buna töhfə verirlər.

ER Parlamenti Frankofoniya bölməsinin dəsətyi və Artsax Parlament rəhbərliyinin aktiv iştirakı ilə Artsaxda gənc frankofonlar parlamentinin yaradılması üçün işlər aparır və bu, fransız dilinin və linqvistik müxtəlifliyin yayılmasına da töhfə verəcəkdir”,-deyə Parlament sədri bildirib.

Daha çox göstər
Back to top button