Siyasət

Ermənistanda Frankofoniya Parlament Assambleyasının siyasi komissiyasının iclası başlanıb

Yerevanda Frankofoniya Parlamnet Assambleyasının siyasi məsələlər üzrə komissiyasının iclası başlanıb. Parlamentin sədri Ara Abrahamyan iclası zamanı çıxış edərək vurğulayıb ki, nümayəndəliyi Yerevanda qəbul etmək böyük şərəfdir.

ER Xİ naziri Edvard Nalbandyan Frankofoniya Pralament Assambleyasının siyasi məsələlər üzrə nümayəndəliyinin Ermənistana səfərini mühüm sayıb.

“Əlbəttə, biz çox şadaq ki, bu ilin oktyabr ayında keçiriləcək sammitin astanasında biz həmçinin müxtəlif formatlarda görüşlər təşkil edirik. Bu yalnız alqışlayıcı və olduqca ciddi iştirakdır. Bir çox ölkələrdən buraya təxminən onlarla deputatlar gəlib və mən düşünürəm ki, bu sammitin hazırlıqları yolunda əhəmiyyətli bir stimul olacaq”- deyə o qeyd edib.

Daha çox göstər
Back to top button