Siyasət

G. Kostanyan: “Ermənistanın məqsədi Azarbaycanı Avropa Şurasından çıxartması deyil, Avropa dəyərlərinə daha da yaxınlaşdırmasıdır”

Azərbaycan hakimiyyətinin  Avropa İnsan Hüquqları Məhkəməsinin ReAl sədri İlqar Məmmədovun azad edilməsi barədə qərarının yerinə yetirilməməsi qəbuledilməzdir.

Bu haqda jurnalistlərə müsahibəsində Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistanın daimi nümayəndəsi Gevorg Kostanyan qeyd etdi.

“ İctimai xadim İlqar Məmmədovun azad edilməsinə dair qərarının yerinə yetirilməməsi ilə əlaqədər Ermənistan Nazirlər Komitəsində Avropa Şurasından  Azərvaycanı çıxartmağı təklif etdi. Məhkəmə qərarının yerinə yetilməməsi yolverilməzdir, çünki bu, şəxsin hüquqlarına,  Avropa dəyərlərinə və demokratiyaya  olmayan hörmət   dəməkdir. Onun sözlərinə görə, Ermənistan Azərbaycanı Avropa Şurasından çıxartmaq niyyətində deyil, bu şəkildə Azərbaycanı Avropa dəyərlərinə yaxınlaşdırmaq istəyir.

“Azərbayacnın Avropa Şurasından çıxarılması Ermənistan üçün faydalı deyildir, çünki Azərbaycan Avropa Şurasından çıxdıqda bu, Ermənistanın Avropa dəyərlərinə uyğun olmayan bir qonşu və bir düşmənə malik olacağı deməkdir”- deyə Kostanyan qeyd etdi.

Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarına əsasən İlqar Məmmədovu azad etmədiyinə görə Azərbaycana dair “pozuntu prosedurunu” başlamaq qərarını verib. 2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsinin və mühakiməsinin qanunsuz olduğu və azad edilməli olduğu barədə qərar qəbul edib. Nazirlər Komitəsi və şəxsən AŞ baş ktibi dəfələrlə analoji tələblə çıxış edib. Buna baxmayaraq, rəsmi Bakı Strasburqun çağırışlarına məhəl qoymamağa davam edir.

 

Daha çox göstər
Back to top button