Siyasət

Parlament sədri: Artsax Respublikasının tanınmamış olması orada yaşayanların hüquqlarının həyata keçirməsi üçün maneə olmamalıdır

Artsaxın ermenifobiyası dövlət siyasəti olan Azərbaycan tərkibində olması təsəvvür etmək mümkün deyil. bu haqda Parlament sədri Ara Babloyan Frankofoniya Parlament Assambleyasının siyasi məsələlər üzrə komissiyasının iclasında çıxış zamanı bildirib.

“Artsax Respublikasının tanınmamış olması orada yaşayanların hüquqlarının həyata keçirilməsi üçün maneə olmamalıdır. İnsan hüquqları və əlaqəli dəyərlərin gücləndirilməsi frankofoniyanın prioritetlərindəndir. Buna və Francofoniyanın digər dəyərlərinə, o cümlədən sülh və demokratiya dəyərlərinə sadiq qalaraq, Artsax Respublikası öz ərazisində Francofoniyanın inkişafı üçün addımlar atmağa davam edir. Müxtəlif ölkələri təmsil edən frankofon parlament üzvlərinin Artsaxa səfərləri də buna töhfə verirlər”,-deyə o qeyd etdi.

Parlament sədri qeyd etdi ki, Artsax Respublikası bu gün de-fakto sabit demokratik sistem, infrastrukturlar, inkişaf edən iqtisadiyyatla bir  dövlətdir.

“Dağlıq Qarabağ münaqişəsi hələ nizamlanmamışdır. Biz çoxdan bildirmişik ki, o, insan hüquqları, həmçinin insanların öz müqəddəratını təyin etmək hüququna əsaslanaraq yalnız sülh yolu ilə həll oluna bilər”.-deyə o xatırlatdı.

Daha çox göstər
Back to top button