Ekonomika

Yanvar-fevral aylarında Ermənistanın iqtisadi fəaliyyət indeksi 8,6% artıb

2018-ci ilin yanvar-fevral aylarında Ermənistanın iqtisadi fəaliyyət göstəricisi ötən ilin eyni dövrünə nisbətən 8.6 faiz artıb.

ER Milli Statistika Xidməti ölkənin sosial-iqtisadi vəziyyətini xarakterizə edən əsas makroiqtisadi göstəriciləri təqdim etdi. Cari ilin iki ayın göstəriciləriylə tikinti sektorunda 27 faiz  artım qeydə alınıb, beləliklə artım 21 mlrd. 643 mln dram təşkil edib.

2018-ci ilin yanvar-fevral aylarında elektrik istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3.5 faiz artıb.

Cari ilin yanvar-fevral aylarında istehsalçı qiymətləri indeksi 3.1 faiz artıb, sənaye istehsal qiymətləri inseksi isə 4.4 faiz artıb.

Ticarət dövriyyəsi 17.4 faiz artaraq 395 mlrd. 062.3 mln dram təşkil edib. Sənaye istehsalının həcmi 254 milyard 703.5 milyon dram təşkil edib, bu isə ötən ilin yanvar-fevral aylarına nisbətən 8.3 faiz çoxdur. 2018-ci ilin yanvar-fevral aylarında ticarət dövriyyəsi  43.2 faiz artıb  (1 milyard 098.4 ABŞ dolları), ixracat 41 faiz (386.9 mln ABŞ dolları), idxal isə 44.4 faiz(711.5 milyon) artıb.

Daha çox göstər
Back to top button