İdman

Aronyan azərbaycanlı şahmatçı ilə yenə heç-heçə edib

Erməni şahmatının lideri Levon Aronyan görüşlərindən ikinci dəfə heç-heçə ayrılıb.

Almaniyanın paytaxtı Berlində keçirilən şahmat üzrə İddiaçılar turnirində IX turun görüşləri olub. Ermənistan təmsilçisi Levon Aronyan ağ fiqurlarla azərbaycanlı Şəhriyar Məmmədyarovla qarşılaşıb. Tərəflər 41-ci gedişdə heç-heçəyə razılaşıblar.

Bundan əvvəl keçirilmiş görüşlərdə Karyakin Kramniki məğlub etdi. So və Qrişuk xalları paylaşıblar, Karuana-Lijen görüşləri davam etdirirlər.

14 tur ərzində şahmatçılar bir-biri ilə iki dəfə, ağ və qara fiqurlarla görüşəcəklər. Grosmasterlərin 4 istirahət günü olacaq. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq. Görüş noyabrın 9-dan 28-dək Londonda keçiriləcək.

Daha çox göstər
Back to top button