BVF Ermənistana yeni layihə təklif etdi
Beynəlxalq Valyuta Fondu Ermənistana yeni layihə təklif etdi. İqtisadi inkişaf və investisiyalar naziri Suren Karayan və Yerevanda olan Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyətinin sədri Hoseyn Sami ilə görüşdü.
ER İqtisadi İnkişaf və İnvestisiyalar Nazirliyindən verilən məlumata görə, layihə Ermənistan iqtisadiyyatının inkişafını nəzərə alaraq xüsusidir. Tərəflər qeyd etdilər ki, layihə investorlar üçün müsbət təkan ola bilər.
ER İqtisadi inkişaf və investisiyalar naziri Suren Karayan 2017-ci ildə görünməmiş yüksək iqtisadi artımı qeyd edərək islahatların davam olunma zərurətini vurğulayıb.
Nazirə görə, Beynəlxalq Valyuta Fondu bu prosesdə daimi tərəfdaşdır. İslahatların davamlılığı gələcəkdə daha yüksək iqtisadi artım göstəricisi təmin etmək baxımından əhəmiyyətli olduğunu qeyd edildi.