Ekonomika

ER-dan ABŞ-a ixrac prosesi sadələşdiriləcək

ABŞ ermənistanlı həmnkarlara bəzi məhsulların ixracatı üçün imtiyazlı şərtlər verəcək. Bu haqda “Amerikanın səsi” məlumat yayıb.

Qeyd edilir ki, məsələ Vaşinqtonda keçirilmiş ABŞ-Ermənistan Ticarət və investisiyalar şurasının iclasında müzakirə edilib. Ermənistan nümayəndə heyətinin sədri, Ermənistan İqtisadi İnkişafı üzrə nazir müavini Hovhannes Azizyanın sözlərinə görə, tərəflər kiçik və orta ixracatçılar üçün sənədləşdirmə prosesini sadələşdirmə məsələsini də müzakirə etdilər.

“Vaşinqtonda keçirilmiş görüş göstərib ki, həm Ermənistanda, həm də Amerikada iqtisadi əməqdaşlığı derinləşdirmək istəyirlər. Bu derinləşmə sadəcə ticarət dövriyyəsi və ya investisiyaların aktivləşməsini deyil, diversifikasiya da deməkdir”,-deyə nazir müavini qeyd etdi.

Erməni tərəfi eminliklə qeyd etdi ki, AİB üzvlüyü Yerevana ABŞ ilə iqtisadi əməkdaşlığın inkişafı üçün maneə törətmir.

2017-ci il ER-ABŞ ticarət dövriyyəsi 200 milyon dollardan və 2016-cı il göstəricisindən 70% çoxdur.

Daha çox göstər
Back to top button