Ekonomika

Karen Karapetyan: “Ermənistan və İtaliya arasında ticarət dövriyyəsi 25 faizlə artıb”

ER baş naziri Karen Karapetyan İtaliyanın Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Covani Riçulini bizim ölkəmizdəki diplomatik missiyasının tamamlanması ilə əlaqədar qəbul edib.
ER hökümətinin bildirdiyinə əsasən, baş nazir siyasi və mədəni sahələrdə iki ölkələrin əməkdaşlığını yüksək qiymətləndirib və iqtisadi əlaqələrin dərinləşdirilməsinə yönəltmiş addımları mühüm sdayıb.

“Bu baxmdan bizim daha çox böyük potensiyalımız var. 2017-ci ildə Ermənistan və İtaliya arasında ticarət dövriyyəsinin 25 faiz artımı qeydə alınmışdır, ümid edirik ki, formalaşdırılmış hökumətlərarası komissiyasının aktiv fəaliyyəti nəticəsində də artım davam edəcək”- deyə hökumət rəhbəri qeyd edib. ER baş naziri həmçinin Ermənistan-Avropa Birliyi çərçivəsində İtaliya ilə qarşılıqlı tərəfdaşlığını mühüm sayıb.

Səfir Covani Riçuli vurğulayıb ki, xüsusilə son zamanlarda Ermənistan-İtaliya əlaqələrində biznes əlaqələrinin inkişafınının yaxşı prespektivləri görünür. Səfirin sözlərincə, xüsusilə ER hökumətinin aktiv fəaliyyəti nəticəsində İtaliyan iş adamları arasında Ermənistana maraq artıb.
Görüş zamanı həmsöhbətçilər iki ölkələrin əməkdaşlıq gündəliyində müxtəlif məsələləri müzakirə edib.

Daha çox göstər
Back to top button