Siyasət

“Blackwater”, ABŞ qanunlarını pozaraq, Azərbaycana PUA satmağa çalışıb

Blackwater xüsusi hərbi şirkətinin qurucusu Erik Frins Azərbaycan Silahlı Qüvvələrinə pilotsuz uçuş aparatlar satmağa cəhd edib. Bu isə, ABŞ qanunlarının pozuntusudur. Bu haqda The Intercept yazır.

2016-cı ildə King & Spalding xüsusi hüquq şirkətinin vəkili, hazırda ABŞ Federal Kəşfiyyat Bürosunun müdiri Kristofer Rey Blackwater-in qurucusunun  bu niyyəti haqqında ölkənin Ədliyyə Nazirliyinə xəbərdarlıq edib.

Şirkət Hong Kongda yerləşdirilmiş Frontier Services Group yük daşınmaları şirkətinin 2015-ci il hesabatına əsasən nəticəyə gəlmişdi ki, Prins başqa bir ölkəyə icazə olmadan silah satmağı planlaşdırırdı.

“FSG şirkətinin sözcüsü deyib ki, şirkət və Prins tərəfindən ABŞ qanunvericiliyini pozması barədə iddialar saxtadır”,-deyə mənbə yazır və əlavə edir ki, Prins Azərbaycan Müdafiə Nazirliyinə  silah satma təklifi etmişdi.

Daha çox göstər
Back to top button