Vaşinqtonda Ermənistan-Amerika ticarət və investisiya şurasının iclası keçirlib
Vaşinqtonda ABŞ Ticarət nümayəndəsinin ofisində Ermənistan-Amerika ticarət və investisiyalar şurasının iclası keçirilib. İclasda erməni nümayəndə heyətinin tərkibində Xarici İşlər nazirinin müavini Robert Harutyunyan da iştirak edib. Ermənistan-Amerika ticarət və investisiyalar şurasının qurulmasından sonra (2015) tərəflər arasında bu ikinci görüşü idi. Bu haqda ER Xarici İşlər Nazirliyindən məlumat verirlər.
Erməni nümayəndə heyətinə ER İqtisadi inkişaf və investisiyalar nazirinin müavini Hovhannes Azizyan başçılıq edirdi, Amerika nümayəndə heyətinə isə, ABŞ Ticarət nümayəndəsinin müavini Daniel Mulani başçılıq edirdi.
Ticarət və investisiyalar şurasının iclası çərçivəsində özəl şirkətlərin nümayəndələri ilə dəyirmi masa keçirilib. İclas sonunda şura ABŞ-Ermənistan ticarət gündəmini yekunlaşdılar və gələcək müzakirələr və məsləhətlərin sahələrinin aydınlaşdırdılar.
Xİ nazirinin müavini Robert Harutyunyan və Hovhannes Azizyan İqtisadi və ticarət məsələləri üzrə ABŞ dövlət katibinin müavini Manişa Singlə görüşdülər. İki tərəf məmnunluqla qeyd etdilər ki, ticarət və investisiyaların cari həcmini genişləndirmək üçün ikitərəfli hazırlığ vardır.
Görüş ərzində Ticarət və investisiyalar şurası iclasının nəticələrinə və informasiya texnologiyaları, bərpa olunan enerji və şərabçılıq sahələrində olan ikitərəfli iqtisadi əməkdaşlığa toxunuldu.