İdman

Aronyanın nöbəti rəqibi Karyakindir

Şahmat üzrə Ermənistan yığmasının üzvü Levon Aronyanın nöbəti rəqibi Sergey Karyakindir.

Almaniyanın paytaxtı Berlində keçirilən şahmat üzrə İddiaçılar turnirində 11-ci turun görüşləri olacaq. Levon Aronyan ağ fiqurlarla Sergey Karyakin (Rusiya) ilə görüşəcək. Lijen (Çin) – Qrişçuk (Rusiya), So (ABŞ) – Məmmədyarov (Azərbaycan), Karuana (ABŞ) – Kramnik (Rusiya).

10-cu turdan sonra Fabianu Karuana turnir cədvəlinə rəhbərlik etməyə davam edir, onun 6,5 xalı var. Şəhriyar Məmmədyarovun 6, Aleksandr Griçşukun 5,5, Karyakinin, Lijenin 5, Kramnikin 4,5, Sonun 4 və Levon Aronyanın 3,5 xalı var.

14 tur ərzində şahmatçılar bir-biri ilə iki dəfə, ağ və qara fiqurlarla görüşəcəklər. Grosmasterlərin 4 istirahət günü olacaq. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq. Görüş noyabrın 9-dan 28-dək Londonda keçiriləcək.

Daha çox göstər
Back to top button