İctimaiyyət

Bloqqer Aleksandr Lapşin Yerevana gələcək

Bloqqer Aleksandr Lapşin Yerevana gələcək. Bu haqda bloqqer öz Facebook səhifəsində yazıb.

Bloqqer qeyd edib ki, aprelin 20-dən 22-dək Yerevanda keçiriləcək «In Tour Expo 2018» beynəlxalq turizm sərgisində iştirak edəcək.

“Sərgidə mənim “Lapşin yolları ilə Bakıya” proqramı təqdim ediləcək. Proqrama Mehriban Əliyevanın şəxsi təyyarəsi ilə Bakıya getməsi, Kürdəxanı həbsxanasında (all inclusive) qalması və Bakı Ağır Cinayətlər Məhkəməsi daxildir. Şaka edirəm. Əslində, sərginin əsnasında mən sizə səyahətlər haqqında məlumat verəcəyəm, maraqlı olacaq, gəlin”,-deyə bloqqer yaır.

Daha çox göstər
Back to top button