Ekonomika

2018-ci il mart ayında 2017-ci illə müqayisədə Ermənistana 20% daha çox iranlı turist gəlmişdir

2018-ci ilin yalnız mart ayında 2017-ci illə müqayisıdə Novruz bayramı münasibətilə Ermənistana 20%-dən çox iranlı turist gəlmişdir. Bu haqda ER İqtisadi inkişaf və İnvestisiyalar Nazirliyinin Turizm üzrə dövlət komitəsi məlumat verir.

Mənbəyə görə, 2017-ci ilin bu günlərində Ermənistana 220.000 iranlı gəlmişdi. Bu göstərici 2016-cı illə müqayisədə 16% çoxdu. Ermənistan turizm komitəsinin sədr müavini Mexak Apresyan Sputnik Armeniaya müsahibədə deyib ki, dövlət qurumları iranlı turistlərin Ermənistanda rahat və təhlükəsiz olması üçün  hər şey edirlər.

“Biz nəzərdə tutulan hər şeyi İranın ER-dakı səfirliyinə təqdim edirik və onlar öz rəsmi saytında Fars dili ilə yazırlar və İrana göndərirlər. Yəni iranlılar Ermənistana gəldikdən öncə Ermənistanda onlar üçün təşkil edilən tədbirlər barədə məlumat alırlar”,-deyə Apresyan qeyd etdi.

Bundan başqa, ER Baş naziri dövlət qurumlarına iranlı turistlər üçün yaxşı şəraitlər yaradmalarına dair xüsusi təlimat verib. Mart-aprel aylarında İran-Ermənistan xüsusi uçuşlar aparılır və bu, ekspertlərə görə, İrandan turist axınının artmasına töhfə verir.

Daha çox göstər
Back to top button