BaşlıcaSiyasət

Biz hər zaman güclü orduya sahib olmaq məcburiyyətindəyik: Movses Hakobyan

ER Silahlı Qüvvələri müharibənin yenidən başlanmasına hazırdır. Bu haqda Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Movses Hakobyan Ermənistan ictimai televiziyasına müsahibəsində bildirib.

“Rəqib gözəl başa düşür ki, biz hazırıq. Və müharibənin başlanmasının qarantiyalarından biri bizim daimi döyüş hazırlığımızdır. Azərbaycan məsələni hərbi yolla həll edə biləcəyinə əmin olan kimi heç kimə fikir vermədən dərhal hücuma keçəcək”,- deyə o bildirib.

Hakobyanın sözlərinə görə, biz hər zaman güclü orduya sahib olmaq məcburiyyətindəyik. “Erməni xalqının yaşadığı region çox çətin və ziddiyyətlərlə doludur”.

Azərbaycanda prezident seçkilərinin fonunda hərbi əməliyyatların başlaya biləcəyinə dair sualına Movses Hakobyan cavab olaraq deyib: “Bir hərbçi olaraq bunu istisna etmirəm, lakin hazırda qüvvələrin nisbəti elədir ki, rəqib hər hansı bir problemi həll edə bilməyəcəkdir.  Hərbi baxımından biz bu gün yaxşı vəziyyətdəyik”.

Daha çox göstər
Back to top button