Mədəniyyət

İtaliyanın “Acistampa” Vatikanda Grigor Narekatsinin heykəlinin açılışı barədə ətraflı məlumat verdi

Vatikanda Grigor Narekatsinin 2 metrli bürünc heykəlinin rəsmi açılış mərasimi aprelin 5-də olacaq. Bu hadqa “Acistampa”-da yayılmış Andrea Galyarduçinin məqaləsində deyilir. Mənbə qeyd edir ki, qeyri-rəsmi məlumatlara görə, heykəlin açılış mərasimində ER Prezidenti Serj Sarkisyan, Roma Papası Fransisk və Bütün ermənilərin katolikosu II Qaregin iştirak edəcəklər.

“Vatikanda Grigor Narekatsinin heykəlinin açılışı katolik və erməni apostol kilsələrinin yüksək səviyyəli münasibətlərini göstərir. Münasibətlər 2016-cı ildə Papa Fransiskin ilk xristian xalqına, Ermənistana etdiyi səfərdən sonra daha da güclənmişdi. Roma Papası Fransisk hələ Xorxe Maria Bergelion Buenos Ayresin başpiskoposu olduğu zaman erməni icması ilə yaxşı əlaqələri saxlamaq niyyətindəydi”,-deyə Acistampa yazır.

Daha çox göstər
Back to top button