Siyasət

Rusiya Azərbaycana silah təchizatı məsələsində nəticələrə gəlmişdir

Ermənistan Parlamentində Rusiya Dumasının MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə İş üzrə Komitənin sədr müavini Konstantin Zatulin bu gün 2016-cı il aprel müharibəsini xatırladaraq qeyd etdi ki, onu “tərəflərdən biri qəzəbləndirmişdi”.

“Anlayırıq ki, 2016-cı ildə baş verən əməliyyatlardan sonra Ermənistan ictimaiyyətində Rusiya fəaliyyətləri və xüsusilə də Azərbaycana silah təchiz etməklə bağlı etirazlar vardı. Təəssüf ki, Azərbaycanda bunları tətbiq etmək üçün başqa yer tapmayaraq və atəşkəsi pozaraq münaqişə zonasında tətbiq etdilər. İnanın ki, biz regionda silah təchizatı baxımında balansın pozulmasına dair nəticələrə gəlmişik və Ermənistana ən müasir silahları təchiz etmişik”,-deyə Rusiya Dumasının MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə İş üzrə Komitənin sədr müavini Konstantin Zatulin bildirib.

O, Ermənistan-Rusiya tarixi əlaqələrinin tərəfdarı olduğunu vurğulayaraq əminliklə qeyd edib ki, Dumanın bir çox deputatları da bu əlaqələrə dəsətk verirlər.

Qeyd edək ki, Zatulin bu ay ərzində artıq ikinci rus rəsmisidir ki, Azərbaycana silah təchiz etməklə bağlı Rusiyanın nəticələrə gəldiyini bildirir. Xatırladaq ki, RF Federal Şuranın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçov da RF tərəfindən Azərbaycana silah təchizatı barədə sualına cavab olaraq demişdi:

“Hamımız başa düşürük ki, vəziyyət partlaya biləcək həddədir və 2016-ci ilin faciəvi aprel hadisələri bunu bir daha təsdiqləmiş oldu. Rusiya  2016-cı ilin aprelinədək olan sazişləri həyata keçirir. Biz həmin müqavilələrin bəndlərinə uyğun olaraq bunu etməliyik. Bildiyim qədəri ilə də Bakı ilə indiki həcmdə ticarət olmayacaq”.

Daha çox göstər
Back to top button