İctimaiyyət

Azərbaycanda daha bir əsgər minaya düşərək həlak olub

Razm.info-nun bildirdiyinə görə, Martın 24 və 25-də sosyal şəbəkələrdə bəzi mənbələr yazır ki, Azərbaycanın Goranboy rayonunda Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçu həlak olub. Həmin məlumatlara görə, Yardımlı rayonunda anadan olmuş əsgər minaya düşüb.

Mərhumun adı açıqlanmır. Onun həlak olması barədə həmçinin “Azadlıq.info” saytı da yazıb. Hadisənin dəqiq nə zaman baş verdiyini də hələ ki məlum deyil. İlk məlumatlar martın 24-də gəlməyə başladılar.

Qeyd edək ki, Azərbaycan müdafiə nazirliyi nə martın 23-də Tərtər rayonunda həlak olmuş Rzayev Xəyyam nə də bu əsgər haqqında heç bir məlumat yaymayıb.

Xatırladaq ki, martın 24-də Azərbaycanda əvvəlki gündə, martın 23-də, Tərtər istiqamətində dünyasını dəyişən hərbi qulluqçu Rzayev Xəyyam Pənah oğlu dəfn edilib. Rzayevin əsgər olduğunu və əsgərlikdə öldüyünü həmçinin mərhumun atası da təqsdiqləyib.

Hadisədən 3 gün keçsə də, dəfn mərasimindən yayılan fotolara, atasının sözlərinə baxmayaraq, Azərbaycan müdafiə nazirliyi heç bir məlumat yaymayıb.

Qeyd edək ki, cari ildə Azərbaycan silahlı qüvvələrinin ən azı 8 hərbçinin ölüm faktları barədə məlumatlar var. Azərbaycan MN-in həmin gizlətmə siyasətini nəzərə alaraq, istisna edə bilmirik ki, ölüm faktları daha çox olub.

Daha çox göstər
Back to top button