İctimaiyyət

Allahşükür Paşazadə: “Ermənilər başımıza lənət olublar”

Azərbaycanın növbəti nümayəndəsi anti-Erməni bəyanatı ilə çıxış edib. Azərbaycanda keçirilmiş tədbir zamanı Allahşükür Paşazadə Ermənilərə toxunaraq qeyd edib:

“Onların arxasında dayanan qüvvələrin kimlikləri hər kəsə məlumdur. Bu gün də həmin havadarlar öz köməklərini davam etdirir. Bu gün də ermənilərin gözü doymur”.

Sonra  Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə son zamanlar mediada adının biznes və digər mənfi xarakterli məsələlərdə hallanmasına münasibət bildirib. O qeyd edib ki, bununla bağlı ölkə başçısı ilə də söhbəti olub: “Gizlətmirəm, mənim prezidentlə söhbətlərim olur. Onda da heyrətimi gizlətmirəm ki, bu qədər iftiranın səbəbi nədir. Deyirlər, şeyxin xaricdə, ya da burda çoxlu mülkü var. Bunların hamısı təxribatdır. Əvvəla, sevinin ki, sizin şeyxiniz bu cür güclü olsun. İkincisi isə xaricdən onsuz da dini liderə qarşı iftira var, bunu daxildə də davam etdirməklə nə əldə edirsiniz? Xaricdən həm prezidentə, həm də mənə – şeyxülislama qarşı belə çirkin təxribatlar törədilir. Ölkə daxilində bəziləri “prezidentə qarşı deyiləni qəbul etmirəm, amma şeyxə haqqında deyilənlər düzdür”, – deyir. Bu, necə olur? Demək, sən təxribatla yenə də barışmış olursan. Deyirlər, nəzir qutularına nəzarət edirəm və sair. Yalandır. O qutularla mənim nə işim var?”

Xatırladaq ki, daha əvvəl bloger Tural Sadıqlı Çexiyanın Karlovı Varı kurort şəhərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və qardaşı Milli Məclisin deputatı Cavanşir Paşazadəyə məxsus yaşayış binaları komplseksini aşkar etdiyini iddia edib.Bloger həmçinin binanın giriş qapısında liftin düyməsinin üzərində “Allahşükür Paşzadə” yazılmış lövhəni də çəkib.

Daha çox göstər
Back to top button